Putin Poroşenkonun bu sözlərinə cavab vermədi – FOTO
Rusiya prezidenti Vladimir Putinin Krım yarımadasına səfəri sivil dünyaya çağırış deməkdir.
ANS PRESS-in məlumatına görə, bu bəyanatla Ukrayna prezidenti Pyotr Poroşenko Putinin Krıma səfərinə münasibət bildirərkən çıxış edib.
Pyotr Poroşenko
Vladimir Putin Krımda Rusiya coğrafıya cəmiyyətinin 170 illiyinə həsr edilmiş tədbirdə iştirak edib. Həmin vaxt Putin Poroşenkonun bəyanatını şərh etməyib.
Rusiya prezidenti bildirib ki, Poroşenkonun sözlərinə heç bir şərh verməyəcək, çünki Krımın gələcəyini buranın sakinləri müəyyən ediblər.
Vladimir Putin
Rusiya Krımı 2014-cü ilin mart ayında ilhaq edib. Bu, beynəlxalq ictimaiyyətin, o cümlədən Ukrayna rəhbərliyinin sərt tənqidinə səbəb olub. Ukrayna hələ də yarımadanı Ukraynanın bir hissəsi sayır.
Krımın ilhaqı Rusiyaya qarşı ABŞ və Avropa Birliyinin sanksiyalarına səbəb oldu. Rəsmi Kiyev dəfələrlə Rusiyanı Donbas seperatçılarını dəstəkləməkdə günahlandırıb. Amma Moskva dəfələrlə bunu təkzib edib.
Mənbə:> ANSPRESS