Poroşenkonun Bakı səfərinin vaxtı açıqlandı
Ukrayna prezidenti Pyotr Poroşenko Azərbaycana səfərə gələcək.
AzNews.info xəbər verir ki, bu barədə haqqın.az portalı Kiyevdəki mənbələrə istinadən məlumat yayıb.
Məlumata əsasən, Poroşenko 14-16 iyul tarixlərində Azərbaycana səfər edəcək. Bu ərəfədə Ukrayna-Azərbaycan hökumətlərarası komissiyanın iclası keçiriləcək.
Ukrayna nümayəndə heyətinin tam tərkibi səfərdən bir gün öncə məlum olacaq. Lakin artıq bir şey bəllidir ki, bu yaxınlarda ölkəmizdə səfərdə olan Ukrayna Prezident administrasiyasının rəhbəri Boris Lojkin yenidən Azərbaycana gələcək.
Mənbə:> Haqqin.az