Poroşenko Azərbaycana səfərə gələcək
Ukrayna prezidentinin mətbuat xidməti məlumat yaydı.
Ukrayna prezidenti Pyotr Poroşenkonun 2016-cı ildə Azərbaycana səfəri nəzərdə tutulub.
AzNews.info xəbər verir ki, bu barədə APA-ya Ukrayna Prezident Administrasiyasının mətbuat xidmətindən məlumat verilib.
Mətbuat xidmətindən bildirilib ki, səfərin tarixi hələlik dəqiqləşməyib.
Qeyd edək ki, Ukrayna Prezident Administrasiyasının rəhbəri Boris Lojkinin başçılıq etdiyi nümayəndə heyətini 2015-ci il dekabrın əvvəlində Azərbaycanda səfərdə olub.
Ukrayna prezidenti administrasiyasının rəsmi saytında bildirilir ki, Ukrayna nümayəndə heyətinin dekabrın 2-də Azərbaycan prezidenti ilə görüşü zamanı Ukrayna-Azərbaycan hökümətlərarası iqtisadi əməkdaşlıq komissiyasının növbəti iclasının Bakıda keçirilməsi ilə bağlı hazırlıq məsələləri müzakirə edilib.
Məlumatda o da qeyd olunur ki, Ukrayna prezidentinin Azərbaycana rəsmi səfəri 2016-cı ilin birinci yarısına nəzərdə tutulur.
Mənbə:> APA