Moldova prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb
Moldova prezidenti İqor Dodonun Azərbaycana rəsmi səfəri bu gün başa çatıb.
Oxu.Az-ın məlumatına görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Moldova Prezidenti İqor Dodonu hava limanında Azərbaycanın baş nazirinin müavini İsmət Abasov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər yola salıblar.
Mənbə:> Oxu.Az