Viktor Orbanın Azərbaycan səfəri başa çatdı
Macarıstanın Baş naziri Viktor Orbanın Azərbaycan Respublikasına rəsmi səfəri martın 6-da başa çatıb.
Oxu.Az xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Macarıstanın Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Baş nazir Viktor Orbanı hava limanında Azərbaycanın Baş nazirinin müavini İsmət Abasov və digər rəsmi şəxslər yola saldılar.
Mənbə:> Oxu.Az