Serbiyanın baş naziri Bakıda
Serbiyanın Baş naziri Aleksandr Vuçiç bu gün Azərbaycana rəsmi səfərə gəlib.
ANS PRESS-in məlumatına görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Hava Limanında qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Serbiyanın Baş naziri A.Vuçiçi hava limanında Azərbaycanın Baş nazirinin müavini Əli Əhmədov və digər rəsmi şəxslər qarşılayıblar.
Serbiyanın və Azərbaycanın dövlət himnləri səsləndirilib.
Mənbə:> ANSPRESS