Hindistan prezidenti və İsveç kralının ailə üzvləri qəzaya düşüblər
Dörd avtomobil toqquşub.
Hindistan prezidenti Pranab Mukerci və İsveç kral ailə üzvləri qəzaya düşüblər.
Oxu.Az-ın məlumatına görə, bu barədə Local portalı yerli KİV-ə istinadən xəbər verir.
Local-ın məlumatına əsasən, hadisə iyunun 2-si axşam saatlarında İsveçin Uppsala şəhəri yaxınlığında baş verib. Hindistan prezidentinin kortejin tərkibində hərəkət edən 4 avtomobilin toqquşması nəticəsində 6 nəfər xəsarət alıb. Onlar hamısı xəstəxanaya yerləşdirilib.
Yerli polisin verdiyi məlumata görə, Hindistan prezidenti Pranab Mukerci, həmçinin İsveç kralının ailə üzvləri – şahzadə Viktoriya və onun həyat yoldaşı Daniyel qəza nəticəsində xəsarət almayıblar.
Mənbə:> Oxu.Az