Rusiya XİN başçısı Putinlə Paşinyanın görüşü barədə
Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (МГИМО) birinci kurs tələbələri qarşısında çıxış edən Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, yaxın günlərdə RF prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüşün keçiriləcəyi nəzərdə tutulur.
Virtualaz.org Rusiya mətbuatına istinadən xəbər verir ki, Lavrov çıxışında deyib: “Yaxın zamanlarda prezident Putinlə baş nazir Paşinyanın daha bir görüşü planlaşdırılır. Düşünürəm ki, Ermənistanın yeni liderinin öz ölkəsində vəziyyətin inkişaf perspektivlərini necə qiymətləndirməsini eşitmək bizim üçün vacibdir.
Əlbəttə, biz indiki vəziyyətdə Ermənistanın KTMT qarşısında öhdəliklərinin necə göründüyünə biganə qala bilmərik, belə ki, bu öhdəliklər qüvvəsindədir və onlar tam həcmdə icra edilməlidir, o cümlədən ümumi təşkilatımızımn nüfuzunun və imicinin möhkəmləndirilməsi baxımından”, - nazir vurğulayıb.
Eyni zamanda, Lavrov onu da qeyd edib ki, Rusiya, bir sıra başqa dövlətlərdən fərqli olaraq, Ermənistanda hakimiyyət dəyişikliyi prosesinə müdaxilə etməyib.
Mənbə:> Virtualaz.org