Paşinyan Putinlə görüşə can atır
Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, yaxın vaxtlarda Rusiyaya yola düşəcək və ümid edir ki, Rusiya Federasiyasının prezidenti Vladimir Putinlə görüşəcək.
Virtualaz.org bildirir ki, bu barədə RİA Novosti xəbər yayıb.
"Yaxın vaxtlarda mənim Moskvaya səfərim gözlənilir, səfər zamanı mən Rusiya Federasiyasının prezidenti Vladimir Putinlə görüşəcəyəm. Bu bizim üçüncü görüşümüz olacaq", — Paşinyan Facebook səhifəsində canlı yayım zamanı deyib.
Baş nazirin mətbuat katibi Arman Yeqoyan agentliyə bildirib ki, dövlət başçısının səfərləri haqda informasiya səfərə bir-iki gün qalmış dərc edilir: "Ona qədər gözləmək lazım deyil ki, mən nəyisə təsdiq və ya təkzib edəcəyəm".
Eyni zamanda, öz mənbələrinə istinad edən erməni KİV-lərinin məlumatına görə, Paşinyan Moskvaya sentyabrın 8-də gedə bilər.
Paşinyan ümid edir ki, Moskva görüşündə Ermənistan-Rusiya münasibətləri ilə bağlı bir çox məsələlər həll ediləcək.
Paşinyananın sözlərinə görə, son zamanlar Rusiya və Ermənistanın münasibətləri barədə çox şərhlər səslənir.
"Ermənistan-Rusiya münasibətlərində bugünkü vəziyyəti işgüzar proses hesab edirəm, hansı ki, normal inkişaf edir. Biz müxtəlif səviyyələrdə əlaqələri davam etdiririk", — Paşinyan vurğulayıb.
Mənbə:> Virtualaz.org