Soçidə Paşinyan-Putin görüşü başladı » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Siyasət, Video

Soçidə Paşinyan-Putin görüşü başladı – VİDEO

Soçidə Paşinyan-Putin görüşü başladı

Bu dəqiqələrdə Soçi şəhərində Avrasiya İttifaqının sammiti çərçivəsində Rusiya prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş başlayıb.

Virtualaz.org xəbər verir ki, görüşdə Rusiya tərəfdən Putinin mətbuat katibi Dmitri Peskov, prezidentin köməkçisi Yuri Uşakov, iqtisadi inkişaf naziri Maksim Oreşkin, maliyyə naziri Anton Siluanov, nəqliyyat naziri Maksim Sokolov, xarici işlər nazirinin müavini Aleksandr Pankin iştirak edir.

Erməni tərəfdən isə görüşə baş nazirin müavini Tiqran Avinyan, xarici işlər naziri Zöhrab Mnatsakanyan , digər rəsmilər qatılıb.



"Sizə müvəffəqiyyətlər arzulamaq istəyirəm, ümid edirəm ki, münasibətlərimiz indiyə qədər necə davamlı inkişaf edibsə, bundan sonra da o cür inkişaf edəcək”, - deyə V.Putin bildirib.

Öz növbəsində N.Paşinyan söz verib ki, Rusiya ilə müttəfiqlik münasibətləri davam etdiriləcək: "Biz daxili siyasi böhranımızın gedişatında Rusiyanın sərgilədiyi tarazlaşdırılmış mövqeyini çox yüksək qiymətləndiririk, çox konstruktiv mövqe idi. Və bu yalnız bizim hökumət tərəfindən yox, həm də cəmiyyət tərəfindən qiymətləndirilir”.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *