Putin və Obama arasında danışıqlar başa çatdı – YENİLƏNİB
Putin və Obama hər şeydən öncə Suriya və Ukraynanı müzakirə ediblər.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib.
Peskov qeyd edib ki, görüş yaxşı keçib, “iş davam edəcək”.
Rusiya prezidentinin mətbuat katibi qeyd edib ki, görüş planlaşdırıldığından uzun sürüb, sonda liderlər təkbətək danışıblar.
10:35
“Böyük İyirmiliy”in sammiti çərçivəsində Çində Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Barak Obamanın görüşü başlayıb.
Görüş zamanı müzakirə ediləcək mövzular rəsmi olaraq açıqlanmayıb. Görüşdə Rusiyanın xarici işlər naziri Sergey Lavrovun və prezidentin köməkçisi Yuri Uşakovun da iştirak etdiyi məlumdur.
Lavrov daha öncə sammit çərçivəsində ABŞ dövlət katibi Con Kerri ilə görüşmüşdü.
Əsas mövzunun Rusiya və ABŞ-ın Suriyadakı əməliyyatlarının koordinasiyası olacağı barədə məlumat yayılmışdı, amma bu məsələdə razılıq əldə edilməyib.
Mənbə:> Oxu.Az