Paşinyan: "Putin məni İlham Əliyevlə tanış etdi"

Ermənistanın baş naziri Nikol Paşinyan Moskvada Azərbaycan Prezidenti İlham Əliyevlə tanış olub.
Virtualaz.org-un məlumatına görə, bunu N.Paşinyan “Facebook” profilində dərc etdiyi video müraciətində bildirib.
"Rusiya Prezidenti Vladimir Putin məni Azərbaycan Prezidenti İlham Əliyevlə tanış etdi", — Paşinyan deyib.
Onun sözlərinə görə, bu nəsə "tanışlıq mərasimi" kimi idi — heç bir ünsiyyət, danışıq, müzakirələr və ya başqa bir şey olmayıb.
Rusiya KİV-i isə yazıb ki, Nikol Paşinyan ikigünlük səfərlə Moskvada olub və birbaşa yayımdan sonra Yerevana uçuşa hazırlaşmağa başlayıb.
Mənbə: Virtualaz.org