Ermənistanda jurnalistlər hökumətin iclaslarına buraxılmayacaq » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət

Ermənistanda jurnalistlər hökumətin iclaslarına buraxılmayacaq PAŞİNYAN KÖHNƏ REJİMƏ QAYIDIR

Ermənistanda jurnalistlər hökumətin iclaslarına buraxılmayacaq

Ermənistanda hökumətin iclas zalı yenidən jurnalistlərin üzünə bağlanacaq.

“Sputnik” xəbər verir ki, bunu avqustun 9-da Ermənistan baş nazirinin mətbuat katibi Arman Yeqoyan bildirib.

O, hökumətin bu məsələdə əvvəlki rejimə qayıtmasını təhlükəsizliklə əlaqələndirib, jurnalistlərdən müsahibəni başqa yerlərdə götürməyi xahiş edib.

Qeyd edək ki, Karen Karapetyan baş nazir olanda jurnalistlər hökumətin mətbuat mərkəzində işləyir və Nazirlər Kabinetinin iclasını birbaşa izləyirdilər. Serj Sarkisyan baş nazir olandan sonra bu rejim ləğv edilib və hökumətin iclasları bağlı qapılar arxasında keçirilib. Nikol Paşinyan baş nazir olandan sonra isə Nazirlər Kabinetinin toplantıları yenidən jurnalistlər üçün açıq keçirilməyə başlandı.

Mənbə: Sputnik
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *