Ermənistanda yeni hökümətin bütün nazirləri təyin edildi
Ermənistan prezidenti Armen Sarkisyan yeni hökümətin bütün nazirlərini təyin edib.
Ermənistan prezidenti Armen Sarkisyan BMT-də ölkənin daimi nümayəndəsi Zöhrab Mnatsakanyanı Ermənistanın xarici işlər naziri təyin edib.
Bu barədə Ermənistan prezidenti administrasiyasının saytında məlumat verilib.
Mnatsakanyan 1990-cı ildə MQİMO-nu (Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu) bitirib, 1991-ci ildən Ermənistan XİN-də çalışır.
2011-2014-cü illərdə xarici işlər nazirinin müavini vəzifəsində çalışıb, 2014-cü ildən ölkənin BMT-də daimi nümayəndəsidir.
RİA “Novosti" xəbər verir ki, ölkə prezidentinin fərmanlarına əsasən, Mqer Qriqoryan baş nazirin müavini, Mane Tandilyan əmək və sosial məsələlər üzrə nazir, Atom Cancuqazyan maliyyə naziri, Artak Zeynalyan ədliyyə naziri, Arsen Torosyan səhiyyə naziri təyin ediliblər.
Bundan əlavə, Artur Xaçataryan kənd təsərrüfatı naziri, Atsvik Minasyan iqtisadi inkişaf və investisiya naziri, Levon Vaqdaryan idman və gənclər məsələləri üzrə nazir, Qraçya Rostomyan fövqəladə hallar naziri, Artur Qriqoryan enerji infrastrukturları və təbii sərvətlər naziri, Lilit Makunts mədəniyyət naziri, Erik Qriqoryan təbiətin mühafizəsi naziri, Aşot Akopyan nəqliyyat, rabitə və informasiya texnologiyaları naziri təyin ediliblər.
Mənbə:> RİA Novosti