Ermənistanda dörd nazir dəyişdirildi
Serj Sarkisyan Ermənistan hakimiyyətində dörd naziri dəyişib.
Oxu.Az “Novosti Aremnii”ya istinadən xəbər verir ki, Armen Yeritsyan fövqəladə hallar naziri vəzifəsinə təyin edilib.
Armen Aşotyan təhsil və elm naziri vəzifəsindən azad edilib. Bu vəzifəyə Levon Mkrtçyan təyin edilib, o əvvəllər bu nazirliyə rəhbərlik edib.
İqtisadiyyat naziri vəzifəsindən azad edilən Karen Çşmarityanı bu vəzifədə Artsvik Minasyan əvəz edib.
Bundan başqa, David Lokyan ərazi idarəçiliyi və inkişafı naziri vəzifəsinə təyin edilib.
Mənbə:> Oxu.Az