Sarkisyan Təhlükəsizlik Şurasına yeni katib təyin etdi
Ermənistan prezidenti Serj Sarkisyan Armen Qevorkyanın ölkənin Milli Təhlükəsizlik Şurasına katib seçilməsi barədə fərman imzalayıb.
Oxu.Az Sputnik Armenia-ya istinadən xəbər verir ki, bu barədə Ermənistan dövlət başçısının mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, Qevorkyan 1997-ci ildən 2014-cü ilə qədər Ermənistanın dövlət idarəsində baş nazirin köməkçisi, prezident müşaviri, prezidentin birinci köməkçisi, prezident administrasiyasının rəhbəri, Milli Təhlükəsizlik Şurasının katibi, ərazi idarə naziri və baş nazirin müavini vəzifəsində çalışıb.
Mənbə:> Oxu.Az