Mədət Quliyev MTN başçısının səlahiyyətlərinin icraçısı təyin olundu – SƏRƏNCAM
Prezident İlham Əliyev Respublikası milli təhlükəsizlik nazirinin birinci müavini ilə bağlı sərəncam imzalayıb.
AzNews.info xəbər verir ki, sərəncama əsasən, Mədət Quliyev bu posta təyin edilib.
Sərəncamda deyilir:
`Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Mədət Qəzənfər oğlu Quliyev Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin birinci müavini təyin edilsin`.
Qeyd edək ki, Mədət Quliyev həm də milli təhlükəsizlik nazirinin səlahiyyətlərini icra edəcək.
Mənbə:> AzNews.info