“Putin NATO-su”nun baş katibi Sarkisyan ilə danışıqlarda
Ermənistan prezidenti, KTMT-nın Kollektiv Təhlükəsizlik Şurasının sədri Serj Sarkisyan təşkilatın baş katibi Nikolay Bordyuja ilə çağırış və təhdidlərə qarşı fəaliyyət məsələlərini müzakirə edib.
Oxu.Az xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb.
Bordyuja KTMT-yə üzv ölkələrin daxili işlər orqanlarının xüsusi təyinatlı bölmələrinin xüsusi-taktiki təlimlərində, eləcə də daxili işlər orqalarının rəhbərlərinin konsultasiyalarında iştirak etmək üçün Yerevana gəlib.
Görüşün gedişatında regional təhlükəsizlik, KTMT-də Ermənistanın sədrliyinin xüsusiyyətləri, təşkilatın digər beynəlxalq təşkilatlar ilə əməkdaşlıq məsələlərinə toxunulub.
Mənbə:> Oxu.Az