“Putin NATO”sundan Qarabağdakı döyüşlər barədə » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Qarabağ, Hərbi

“Putin NATO”sundan Qarabağdakı döyüşlər barədə – AÇIQLAMA

“Putin NATO”sundan Qarabağdakı döyüşlər barədə

KTMT-nin mətbuat katibi bəyanatla çıxış edib.

Azərbaycanın hərəkətləri Dağlıq Qarabağda vəziyyəti ancaq gərginləşdirir.

Oxu.Az xəbər verir ki, bu barədə “İnterfaks”a Ermənistanın da üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) mətbuat katibi Vladimir Zaynetdinov bildirib.

“Hər şey danışıqlar yolu ilə həll olunmalıdır. İndiki halda Azərbaycan tərəfinin hərəkətləri vəziyyətin və münaqişənin kəskinləşməsinə aparır”, - deyə, V. Zaynetdinov bildirib.

O vurğulayıb ki, KTMT-nin baş katibi Nikolay Bordyuja və təşkilatın katibliyinin rəhbərliyi Ermənistan rəhbərliyi ilə daimi əlaqədədir.

“Respublikanın müdafiə nazirliyindən baş vermiş silahlı toqquşma barədə bütün məlumatı almışıq. Hesab edirik ki, Ermənistan-Azərbaycan münaqişəsinin silahlı hərbi həlli yoxdur”, - deyə, V. Zaynetdinov bildirib.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *