Rusiyanın hərbi eksperti Paşinyanı ifşa etdi » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Hərbi

Rusiyanın hərbi eksperti Paşinyanı ifşa etdi

Rusiyanın hərbi eksperti Paşinyanı ifşa etdi


Hələ ki, Moskva Ermənistan Ordusunu hərbi təyyarələrlə təchiz etmək istəmir.

Ermənistanın Su-30SM təyyarələrini əldə etməklə bağlı baş nazir Nikol Paşinyanın “Facebook” hesabındakı statusu ilə bağlı Rusiyanın hərbi politoloqu, Q.V.Plexanov adına Rusiya İqtisad Universitetinin Siyasi elmlər və Sosiologiya kafedrasının dosenti Aleksandr Perendjiyevin Oxu.Az-a öz fikirlərini bölüşüb:

“Xalq hərəkatı sayəsində hakimiyyətə gələn, Rusiya siyasətçiləri və politoloqları arasında ciddi sual doğuran Nikol Paşinyan rəsmi Moskva tərəfindən müttəfiq dövlətin rəhbəri kimi lazımi etibar qazanmayıb. Döyüş təyyarələri isə bahalıdır. Buna görə də Ermənistanın yeni uçuş texnikası ilə təchiz edilməsi məsələsinə Rusiya ehtiyatla yanaşacaq”.

Perendjiyevin sözlərinə görə, Paşinyanın bu statusu pi-ar xarakteri daşıyaraq, əksini göstərir:

“Hazırda əlavə Rusiya hərbi təyyarələrinin Ermənistanda təchizatı yalnız Rusiya Silahlı Qüvvələrinin hərbi hissəsi orada olduğu zaman meydana gələ bilər. Buna görə də, Rusiya tərəfi hörmətli erməni nazirə hərbi təyyarələrin kabinələrində şəkil çəkdirməsinə etiraz etmir.

Qoy reklam etsin! Axı onun Facebook səhifəsi yüksəkrütbəli dövlət rəhbəri kimi beynəlxalq ictimaiyyət tərəfindən diqqət mərkəzindədir”.

Ekspert bildirib ki, rəsmi Yerevan 2018-ci ildə Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QİƏT) sədridir. Buna görə də Rusiya Ermənistan rəhbərliyindən təşkilatın inkişafı üçün lazımi addımlar atılmasını gözləyir:

“QİƏT sədrliyinə keçid zamanı Ermənistanın rəsmi şəxsləri nəqliyyat infrastrukturunun inkişafı ilə bağlı proqram anons ediblər.

Rusiya ilk növbədə ölkənin yarımadanın digər hissəsi ilə əlaqə yaradılması üçün Krım körpüsünü tikdi. Lakin bu layihəni rəsmi Moskvanın Ermənistanın QİƏT sədrliyinin müraciəti kimi təşkilat çərçivəsində nəqliyyat vasitələrinn inkişafı olaraq etdi.

Lakin Moskva bu istiqamətdə və ya hansısa siyasi dəstək baxımından rəsmi Yerevan tərəfindən hələ ki, addım görmür”.

Hərbi analitik sözlərinə əlavə edib ki, 2016-cı ilin aprel döyüşlərindən sonra rəsmi Moskva münaqişənin hər iki tərəfinə silah və həbri texnikanın satışından çəkinir.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *