Moskva Ermənistanın daxili işlərinə qarışmayacaq » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Rəsmi

Moskva Ermənistanın daxili işlərinə qarışmayacaq RƏSMİ BƏYANAT

Moskva Ermənistanın daxili işlərinə qarışmayacaq

Rusiya Ermənistanla müttəfiqlik münasibətlərinin dəstəklənməsi üzrə işlər aparır və son həftələrin hadisələrinə ölkənin sırf daxili işi kimi baxır.

TASS xəbər verir ki, bu barədə Rusiyanın Yerevandakı səfirliyinin diplomatik nümayəndəliyin saytında yerləşdirilmiş bəyanatında deyilir. Bəyanat Rusiya KİV-lərində Ermənistandakı siyasi böhranın güc yolu ilə həllinin mümkünlüyü barədə səslənmiş fikirlərə cavab kimi verilib.

“Son həftələrdə Ermənistan Respublikasında baş verən hadisələr sırf Ermənistan Respublikasının və onun vətəndaşlarının daxili işidir”, - səfirlikdən bildirilib.

“Rusiya Federasiyası və Ermənistan Respublikası arasında müttəfiqlik münasibətlərinin qurulması və dəstəklənməsi üzrə fəaliyyətində Rusiya tərəfi, Yerevandakı səfirlik müxtəlif şəxslərin özəl fikirlərindən çıxış etmir və Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov və Rusiya XİN rəsmi təmsilçisi Mariya Zaxarova tərəfindən ssləndirilmiş fikirlərə əsaslanır”, - diplomatik nümayəndəlikdən bildirilib.

Şənbə günü Rusiya radio stansiyalarından birinin efirində Ermənsitandakı siyasi böhranın güc yolu ilə həll edilməsi ilə bağlı fikirlər səslənib. Daha öncə Peskov və Zaxarova qeyd etmişdilər ki, Ermənistanda baş verənlər bu ölkənin daxili işidir və bu böhran hüquqi müstəvidə həllini tapmalıdır.

Mənbə: TASS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *