Zaxarova: Qarabağ münaqişəsi həllini tələb edir
Rusiyanın Dağlıq Qarabağ məsələsində bir mövqeyi var - münaqişəsini tezliklə həll etmək.
AzNews.info-nun Trend-ə istinadən verdiyi məlumata görə, bu sözləri Yerevanda Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
“Biz münaqişənin nizamlanmasında real irəliləyişə nail olmaq üçün böyük səylər göstəririk”, - deyə Mariya Zaxarova bildirib.
Prezidentlərin növbəti görüşü barədə sualı cavablandıran XİN-in rəsmisi qeyd edib ki, bu məlumatı münaqişə tərəfləri təqdim etməlidirlər.
“Mən deyə bilərəm ki, Rusiya tərəfinin mövqeyi bir məqsədə yönəlib - tezliklə bu münaqişəni sülh yolu ilə həll etmək. Və biz bunun üçün əlimizdən gələni edirik”, - deyə Mariya Zaxarova bildirib.
Rusiyanın Sankt-Peterburq görüşünü keçirməklə münaqişənin nizamlanmasını öz əlinə almaq istədiyi barədə fikirlə Zaxarova razılaşmayıb:
“Bütün həmsədrlərə görüş barədə lazımınca məlumat verilib”.
Mənbə:> Trend