Kreml Qazaxıstandakı vəziyyətdən danışdı » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Dünya

Kreml Qazaxıstandakı vəziyyətdən danışdı

Kreml Qazaxıstandakı vəziyyətdən danışdı


Qazaxıstan hərbçiləri Aktobedə vəziyyətə nəzarət edirlər. Kreml Rusiyanın Qazaxıstanla sərhədin gücləndirməsinə, çətin ki, ehtiyac olacağını hesab edir.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.

“Birincisi, vəziyyətə qazaxıstanlı hərbçilər tərəfindən yetərincə səmərəli nəzarət edilir. Və burada Qazaxıstan ilə sərhədi, çətin ki, möhkəmləndirməyə ehtiyac olsun”, - deyə Peskov bildirib.

O əlavə edib ki, belə vəziyyətlərdə ölkələr arasında qarşılıqlı fəaliyyət yalnız tərəflərdən birinin xahişi ilə həyata keçirilir.

“Hazırda mənə bu barədə qazaxıstanlı tərəfdaşlarımızdan qarşılıqlı fəaliyyət üzrə tələbatın olub-olmadığı məlum deyil”, - Kreml nümayəndəsi bildirib.

O, həmçinin istintaqın Aktobedə baş verən hadisəni araşdıracağından əmin olduğunu bildirib, baş verənləri isə Qazaxıstanın daxili işi adlandırıb.

“Sözsüz ki, bu, Qazaxıstanın daxili işidir, - Peskov bəyan edib. – Qazaxıstan hərbçiləri bu quldurlara yetərincə səmərəli qarşılıq veriblər. Bu hücumun arxasında nəyin durduğunu, əlbəttə ki, Qazaxıstanın istintaq orqanları müəyyən edəcəklər”.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *