Rusiyalı hərbi şərhçi: “Ermənistan məğlub olmağa məhkumdur” » AzNews.info -Xəbər portalı

Rusiyalı hərbi şərhçi: “Ermənistan məğlub olmağa məhkumdur”

Rusiyalı hərbi şərhçi: “Ermənistan məğlub olmağa məhkumdur”

"Dağlıq Qarabağda hərbi vəziyyət qeyri-stabildir, Ermənistan məğlub olmaq üzərdir. Ona görə ki, Ermənistan ordusu texnoloji cəhətdən Azərbaycan ordusundan çox geridə qalır. Azərbaycan ordusu texnoloji cəhətdən müharibəyə daha yaxşı hazırlaşıb. Ordunun sərəncamında təkcə Rusiyadan alınan yox, həm də İsraildən alınan müasir texnikalar var. İsraildən alınan pilotsuz uçuş aparatları ilə Azərbaycan Ermənistan ordusunun içinə belə daxil ola bilir və dəqiq zərbə ilə istədiyi hədəfi məhv edir. Bunu son 3 gündə münaqişə zonasında baş verənlər bir daha sübut etdi. Ona görə də, hazırki vəziyyətdə Ermənistan üçün hücum müharibəsi qəbul edilməzidr. Bu müharibədə Ermənistan məğlub olmağa məhkumdur. Texnoloji qeyri-bərabərlik bunun əsas səbəblərindən biridir".

Bunu APA-ya müsahibəsində rusiyalı tanınmış jurnalist, "Novoya qazeta" nın hərbi şərhçisi Pavel Felgenqauer bildirib.

Onun sözlərinə görə, Ermənistan müharibəyə hazır deyil: “Ya da ki, Yerevan Rusiyadan pilotsuz uçuş aparatları almalıdır, ordusunu daha müasir texnika ilə təmin etməlidir. Hazırki şərtlərlə Ermənistan müharibəyə davam etsə, yəni, münaqişənin eskalasiyası daha da güclənsə, bu Ermənistanın tam məğlubiyyəti ilə nəticələnəcək”.

P. Felgenqauer Rusiyanın Dağlıq Qarabağdakı hərbi qarşıdurmanı necə dəyərləndirdiyini də şərh edib. Onun fikrincə, rəsmi Moskva hələlik bu barədə nə edəcəyini bilmir: “ Rusiya hələ münaqişə zonasında vəziyyətin nə dərəcədə ağırlaşmasını dəqiqləşdirməyib. Moskva məsələyə yalnız siyasi anlamda qarışa bilər. Tərəfləri münaqişəni dayandırmağa, danışqlar masasına əyləşməyə məcbur edə bilər. İndiki vəziyyətdə Ermənistana hərbi dəstək verməyi Rusiya istəməz. Çünki bu, Rusiyanın strateji maraqlarına uyğun deyil. Rusiyanın strateji maraqları Cənubi Qafqazda bütün ölkələrlə yaxşı münasibət qurmaqdır. Azərbaycanla münasibətləri korlamaq Moskvanın strateji maraqlarına cavab vermir. Ona görə də Moskva çalışacaq ki, atəşkəs əldə olunsun”.

Hərbi jurnalist bildirib ki, Azərbaycanın Ermənistandan hərbi üstünlüyü göz qabağındadır.

Hərbi şərhçi münaqişənin danışıqlar yolu ilə həllinə inanmadığını da söyləyib: "Dağlıq Qarabağdan başqa digər 7 rayon da işğal altındadır. Uzun illərdir ki, həmin rayonların ilkin mərhələdə geri qaytarılması ilə bağlı danışıqlar gedir. Lakin bu danışıqların heç bir nəticəsi olmayıb. Ona görə də, bundan sonra da danışqlarda bu məqamın öz həllini tapacağı inandırıcı deyil".

P. Felgenqauer Dağlıq Qarabağdakı hərbi qarşıdurmanın Rusiya KİV-lərində birtərəfli işıqlandırıması məsələsinə də toxunub. O, bunu erməni lobbisinin Rusiyada güclü olması ilə əlaqələndirib: "Həqiqətən də Rusiya KİV-ləri ermənipərəst mövqe sərgiləyir. Ona görə ki, ölkə mediasının rəhbərliyində çoxlu sayda ermənilər təmsil olunurlar. Rusiyada Azərbaycan lobbisi də mövcuddur, lakin erməni lobbisi ilə müqayisədə zəifdir".

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *