Ekspert: Rusiya münaqişəyə müdaxilə etməyəcək, əgər... » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Qarabağ, Hərbi

Ekspert: Rusiya münaqişəyə müdaxilə etməyəcək, əgər...

Ekspert: Rusiya münaqişəyə müdaxilə etməyəcək, əgər...


Rusiya, ABŞ və digər dünya və regional dövlətlər tərəfindən gələn bütün tənqidə baxmayaraq, hazırkı vaxtda Azərbaycan və Ermənistanı münaqişənin davam etdirilməsindən saxlaya biləcək qüvvə yoxdur.

Oxu.Az xəbər verir ki, bu barədə Gazeta.ru-ya Siyasi və hərbi təhlil institutunun direktor müavini Aleksandr Xramçixin bildirib.

“Bu kontekstdən ATƏT və KTMT-nin rolunu müzakirə etməyin heç bir mənası yoxdur, çünki regional təşkilatlar yalnız danışıqlar apara bilərlər və prosesə heç bir real təsirləri yoxdur, - deyə, ekspert bildirib. Vəziyyəti dəyişə biləcək yeganə tərəf Rusiyadır. Lakin hazırda müdaxilə etmək onun maraqlarında deyil.

Xramçixinin sözlərinə görə, Ermənistan və Azərbaycan arasında hərbi əməliyyatlar Dağlıq Qarabağdan kənara çıxmasa, Rusiya münaqişəyə müdaxilə etməyəcək.

“İş ondadır ki, Moskva İrəvanla müdafiə sazişləri ilə bağlıdır, bu sazişlər Ermənistan ərazisinə təhdid olduqda müdaxiləni nəzərdə tutur. Bundan başqa, erməni hava hücumundan müdafiə sistemində Rusiya elementləri iştirka edir, o cümlədən S-300 sistemləri”, - deyə, MDB ölkələrinin İnstitutunun ŞƏT-inj Avrasiya inteqrasiyası və inkişafı şöbəsinin rəhbəri Vladimir Yevseyev bildirib.

Onun rəyinə görə, bütün bunlar Azərbaycana hücum əməliyyatını bilavasitə Ermənistana deyil, onun nəzarətindəki formal muxtar “DQR”ə qarşı başlamaq üçün əhəmiyyətli arqument verir.

“Əsas təhlükə ondadır ki, Dağlıq Qarabağ ətrafında gərginlik son dərəcə yüksəkdir, - deyə, ekspert bəyan edib. Bu ona gətirə bilər ki, hərbi təxribatlar regiondan kənara çıxa və Azərbaycan ilə Ermənistanın sərhədlərində baş verə bilər. Bax o zaman Rusiyanın müdaxiləsi üçün bütün zəruri şərtlər yaranacaq”.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *