İngilisyan: Erməni “Skad”ları Azərbaycan üçün qorxulu deyil
Yeni hava hücumundan müdafiə sistemləri S-300 Azərbaycana, Ermənistanın Azərbaycanın hərbi büdcəsinə çatmaq üçün əldə etdiyi istənilən ballistik vasitələrini zərərsizləşdirməyə imkan verir.
Oxu.Az xəbər verir ki, bu barədə Holokostu Tədqiqat İnstitutunun tədqiqatçısı, erməni analitiki və Cənubi Qafqaz, İran və Rusiya üzrə ekspert Masis İngilisyanın bellingcat.com saytında dərc edilmiş məqaləsində bildirilib.
Materialda qeyd edilir ki, S-300 zenit-raket komplekslərinin geosiyasi və taktiki imkanları regionda hazırkı tarazlığa mənfi təsir göstərir.
“Ermənistanın iki ölkə arasında silahlanma yarışında yeganə tutunacağı “Scud B” ballistik raket kompleksidir, onun haqqında məlumat silahlanmaya verildiyi 1996-cı ildən 2011-ci ilə qədər məxfi saxlanılırdı.
Bu komplekslər müharibəni sona çatdıra bilərdi, belə ki, onun uçuş məsafəsi 300 km-dir, yəni onlar Azərbaycanın neft yataqlarını məhv edə bilərdi. Ekspertlərin fikrinə görə, belə zərbə Azərbaycana yalnız psixoloji zərər verə bilərdi, belə ki, yetərincə hərbi və strateji zərər üçün 24 raket azdır. Açıq mənbə Ermənistanda 24 “Scud B” və 8 buraxılış qurğusunun olmasını təsdiqləyir.
Bununla yanaşı səkkiz eyni zamanda buraxılmış raket iki S-300 qurğusunun öhdəsindən gəlmək üçün yetərli deyil. Belə ki, həmin qurğular Ermənistan tərəfindən raket təhlükəsinə qarşı durmaq üçün eyni zamanda 12 raket buraxa bilər”, - müəllif yazır.
Onun fikrincə, Azərbaycan özünü Ermənistanın havadan hücumundan müdafiəsini, eləcə də digər fövqəl dövlətlər tərəfindən potensial təhlükədən müdafiəni tam təmin edib.
“Regionda neft maraqları prioritet məsələdir. Azərbaycanın neft yataqlarına zərbə imkanı əldə etdikdən sonra Ermənistan ona Azərbaycan qarşısında yalnız bir dəqiqəlik üstünlük qazandıran addımı atdı. Amma yenə də Azərbaycan özünü regionda yalnız hərbi deyil, eləcə də geosiyasi nöqteyi-nəzərdən əsas oyunçu kimi təsdiqləyib”.
Mənbə:> Oxu.Az