Serjə Qarabağdan çıxmaq tələbi
Hazırda Dağlıq Qarabağ münaqişəsinin tərəfləri Ermənistana və Azərbaycana təmas xəttində toqquşmaları dayandırmaq və hərbi mövcudluğu geri çəkmək üzrə tələb irəli sürülüb.
ANS PRESS-in məlumatına görə, bu barədə Belçika xarici işlər naziri Didye Reynders erməni mətbuatının nümayəndələri ilə söhbəti zamanı bildirib. Didyenin “hərbi mövcudluğu geri çəkmək” ifadəsi məhz Ermənistana ünvanlanıb, çünki diplomatik dildə bu işğalçı qoşunların zonanı tərk etməsi deməkdir. “Sonra əhalinin qəbul edəcəyi qərara nail olmaq lazımdır”, - deyə Belçika XİN başçısı bildirib.
Onun sözlərinə görə, Ermənistan - Azərbaycan münaqişəsinin nizamnlanması missiyası ATƏT-in Minsk qrupunun üzərinə düşür. Qrup çərçivəsində aparılan danışıqlar nəticəsində münaqişənin Madrid prinsipləri əsasında həlli nəzərdə tutulur. Bu prinsiplərə görə, ilk öncə Ermənistan işğalçı ordusunu Azərbaycan ərazilərindən çıxarmalıdır.
Daha sonra isə münaqişə Dağlıq Qarabağın Helsinki xartiyası əsasında, yəni Azərbaycanın ərazi bütövlüyünün saxlanması və Dağlıq Qarabağ ermənilərinin öz taleyini təyin etmək hüququna riayət etməklə həll edilməlidir. Bu, Dağlıq Qarabağın Azərbaycan sərhədləri daxilində ən yüksək muxtariyyəti deməkdir ki, Ermənistan bununla razılaşmaq istəmir.
Mənbə:> ANSPRESS