Rusiya Ermənistanda ordusunu dəyişir
Ermənistanda Rusiya hərbi bazasında çağırış üzrə xidmət keçən hərbi qulluqçuların plan üzrə yer dəyişməsi başlanıb. ANS PRESS-in məlumatına görə, bu barədə Rusiya Cənub hərbi dairəsinin mətbuat xidməti xəbər verib.
Hərbi bazada 5 minədək hərbçi var.
Dünən axşam Rusiya hərbi hissələri və tədris mərkəzlərindən Gümrü şəhərindəki 102 saylı Rusiya hərbi bazasına əsgər və çavuşların birinci qrupu gəlib. Dəyişməyə gələn hərbi qulluqçular Gümrü bazasına və İrəvan hərbi qarnizonun bölmələrinə bölünürlər.
Ermənistanda xidmət keçməsi üçün namizədlərin seçimi Rusiya hərbi hissələrində və tədris mərkəzlərində təyin edilmiş komissiyalar tərəfindən aparılır. Seçmənin əsas meyarları - namizədlərin mənəvi-psixoloji, fiziki və peşəkar keyfiyyətləridir.
Aparılan yerdəyişmə nəticəsində Ermənistanda olan Rusiya hərbi bazasının şəxsi heyətinin sayı dəyişməyəcək.
102 saylı Rusiya hərbi bazası Ermənistanın şimalında Gümri şəhərində yerləşir. Baza Hava Hücumundan Müdafiə sistemi çərçivəsində döyüş növbəsini aparır. 2010-cu il avqustun 20-də Rusiya və Ermənistan arasında imzalanan müqaviləyə görə, bazanın istismar müddəti 2044-cü ilə qədər uzadılıb. Protokolda həmçinin onun coğrafi və strateji məsuliyyət sferasının genişlənilməsini nəzərdə tutur. Baza ZRK S-300 və MiQ-29 qırıcılari ilə təchiz edilib. Ermənistanın Gümrü şəhərindəki 102 saylı Rusiya hərbi bazası 1995-ci ildən bu günə qədər fəaliyyət göstərir. Hərbi bazada 5 minədək hərbçi var.
Keçən il yanvarın 12-də Valeri Permyakov adlı rus əsgər Gümrü şəhərində yerləşən Rusiyanın 102 saylı hərbi hissəsi yaxınlığında bir ailənin 7 üzvünü amansızcasına qətlə yetirib. O, Ermənistandan Türkiyə ərazisinə keçməyə cəhd göstərən zamanı sərhədçilər tərəfindən tutulub. Hazırda Permyakovun məhkəməsi davam edir.
Mənbə:> ANSPRESS