Rus bazasına erməni hücumu » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Hərbi, Dünya

Rus bazasına erməni hücumu

Rus bazasına erməni hücumu


Ermənistanın Gümrü şəhərindəki Rusiya bazası mühasirəyə hazırlaşır.

ANS PRESS-in məlumatına görə, hərbi bazanın mətbuat xidmətindən yayılmış rəsmi məlumatı şərh edən erməni mətbuatı bu qərara gəlib. Məlumata görə, hərbi bazada çörəkbişirənlər bölməsi formalaşdırılır və onlar gün ərzində 1,5 ton çörək bişirməlidir ki, Ermənistandakı Rusiya poliqonlarında təlim keçən 2 min hərbi qulluqçunu təmin edə bilsin.

“Belə görünür ki, Rusiyanın Ermənistandakı hərbi bazası dağlarda dərin müdafiəyə hazırlaşır və bunun üçün çörəkbişirənlər hazırlayır”, - deyə Ermənimstanın “Lragir” portalı bildirir.

Portalın yazdığına görə, Gümrüdə Avetisyanlar ailəsinin 7 üzvü həlak olduqdan sonra şəhərdən Rusiya hərbi bazasının çıxarılması məsələsi aktuallaşıb. Ermənilər yanvarın 15-də baş vermiş cinayətin Rusiya hərbi qulluqçusu Valeri Permyakov tərəfindən törədildiyini düşünürlər. Hadisə Gümrüdə və İrəvanda Rusiyaya qarşı etiraz aksiyalarının keçirilməsinə səbəb olub.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *