Qardaşlıq gecəsi keçiriləcək » AzNews.info -Xəbər portalı

Qardaşlıq gecəsi keçiriləcək

Qardaşlıq gecəsi keçiriləcək


“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin (TUMİB) Türkiyə Təmsilçiliyi 4 aprel 2015-ci il tarixində İstanbul şəhərində, Üsküdar bələdiyyəsinə aid möhtəşəm bir restoranda “Azərbaycan - Türkiyə Qardaşlıq Gecəsi” adlı tədbir keçirəcək.

Bu barədə ANS PRESS-ə TUMİB-in Türkiyə təmsilçisi Lalə Həsənoğlu xəbər verib.

Tədbirin məqsədi bir millət, iki dövlət olan Azərbaycan və Türkiyə arasında qardaşlıq və mədəni əlaqələri daha da qüvvətləndirmək və möhkəmləndirməkdir.

Keçiriləcək tədbirdə Azərbaycan Respublikasının İstanbul Baş Konsulluğunun nümayəndələri, Türkiyədə pedaqoji fəaliyyətlə məşğul olan azərbaycanlı müəllimlər, Türkiyədə təhsil almış azərbaycanlı məzunlar və tələbələr, Azərbaycanın və Türkiyənin iş adamları, Türkiyənin Qeyri Hökumət Təşkilatlarının nümayəndələri, media nümayəndələri də iştirak edəcək.

Gecə Azərbaycan və Türkiyə musiqisi sədaları altında keçiriləcək.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *