Baş nazir mahnı oxudu
Novruz bayramı Türkiyədə də böyük coşqu ilə qeyd olunub. ANS PRESS-in məlumatına görə, İqdır vilayətində 4 ölkədən müğənni və rəqs qruplarının iştirakı ilə konsert tədbiri keçirilib.
Tədbirdə, eyni zamanda, azərbaycanlı müğənni və rəqqaslar da iştirak ediblər. Konsert tədbirində yüzlərlə insan qatılıb. Konsertdə çıxış edən müğənnilər Türkiyə ilə qardaşlıq mahnıları səsləndiriblər.
Tədbirə, həmçinin, İran və Gürcüstandan da sənətçilər qatılıb.
İstanbul şəhərində isə, ölkənin baş naziri Əhməd Davudoğlu hakim Ədalət və İnkişaf partiyasının təşkil etdiyi Bahar bayramı konsert tədbirinə qatılıb.
Davudoğlu konsertin əyləncəli hissəsindən əvvəl çıxışında sülh və birlik çağırışı edib.
Əhməd Davudoğlu: “Belə coşqu ilə dolu bir gündə təkrar baharı qarşılamağın sevincini yaşayırıq... Novruz yeni bir başlanğıc deməkdir. Baharın ruhunu dərk edərkən 3 şeyi yenidən inşa etməliyik: birlik, dirilik və qardaşlıq”
Davudoğlu daha sonra türkiyəli müğənnilərlə birgə “Bir başqadır mənim məmləkətim” adlı mahnının ifasına qoşulub.
Mənbə:> ANSPRESS