Bakıda Novruz Festivalı başlayır » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Maraqlı

Bakıda Novruz Festivalı başlayır

Bakıda Novruz Festivalı başlayır


Bu gün İçəri Şəhərdə II Beynəlxalq Novruz Festivalı start götürür. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, Novruz bayramı İçəri Şəhərdə təntənəli şəkildə qeyd olunacaq.

Qoruq İdarəsi öz ənənəsinə sadiq qalaraq cari ilin mart ayının 20-dən 23-nə kimi II Beynəlxalq Novruz Festivalının keçirilməsini nəzərdə tutub. Dörd gün davam edəcək Novruz Bayramı festivalında Azərbaycanla yanaşı bu bayramı qeyd edən yeddi ölkənin (Türkiyə, Rusiya, İran, Pakistan, Özbəkistan, Tacikistan və Qırğızıstan) nümayəndələri də iştirak edəcəklər.

Festival günlərində Qoşa Qala Qapısı meydanında “Meydan Bazarı” təşkil olunacaq. Yerli və xarici ölkə nümayəndələrinin iştirak edəcəyi “Meydan Bazarında” hər bir ölkənin mədəniyyətini əks etdirən video-filmlər, milli-tətbiqi sənət məhsulları, suvenirlər, açıqcalar, broşurlar, milli mətbəx nümunələri sərgilənəcək.

Novruz Bayramı şənliklərində bir-birindən maraqlı çoxsaylı tədbirlər nəzərdə tutulub. Festival çərçivəsində hər gün Qoşa Qala qapısı meydanında, Qız Qalası meydanında və Əliağa Vahidin heykəli qarşısında konsert proqramları keçiriləcək.

Bayram tədbirləri çərçivəsində İçəri Şəhərlə yanaşı 20-21 mart tarixlərində “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda da həm uşaq, həm də böyüklər üçün rəngarəng konsert proqramı və müxtəlif oyunlarla dolu Novruz şənlikləri keçiriləcək. “Qala” Qoruğunda keçiriləcək Novruz tədbirləri ilə əlaqədar olaraq martın 20-21-də Qoşa Qala Qapıları qarşısından yola düşəcək nəqliyyat vasitələri festivalda iştirak etmək istəyən qonaqlara pulsuz xidmət göstərəcək.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *