İçərişəhərə giriş bağlandı
“Əli və Nino” filminin çəkilişləri ilə əlaqədar İçərişəhərə avtomobillərin girişi və hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq.
ANS PRESS-in “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə istinadla verdiyi məlumata görə, hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılması mart ayının 2-dən 14-ü tarixə qədər olacaq.
Mart ayının 4-dən İçərişəhərin Qoşa Qala Qapısı girişindən nəqliyyatın hərəkəti tamamilə dayandırılacaq, Neftçilər prospekti tərəfindən olan girişdən isə giriş-çıxış yalnız İçərişəhərin sakinləri və elektron kart sahibi olan digər rezidentlər üçün açıq olacaq.
Çəkilişlər əsasən İçərişəhərdə yerləşən Şirvanşahlar Saray Kompleksində, Qoşa Qala Qapısı meydanında və Asəf Zeynallı küçəsində aparılacaqdır. Əsərdə dövrlə bağlı obraz və hadisələri dolğun canlandırmaq üçün həmin məkanlarda XIX əsrin sonu və XX əsrin əvvəllindəki Bakı mühitinə uyğun dekorasiyalar qurulacaq.
Çəkilişlərlə əlaqədar İçərişəhərin sakinləri və qonaqları üçün yarana biləcək müvəqqəti narahatçılığın minimuma endirilməsi məqsədi ilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən bütün lazımi tədbirlər görüləcək.
Mənbə:> ANSPRESS