"Qarabağa getməyin" - Şagirdlərə xəbərdarlıq
2015-ci ildə İrəvanda keçiriləcək “Erməni olimpiadası” yarışmasına qatılacaq Türkiyə komandalarına Dağlıq Qarabağda baş tutacaq müsabiqələrdə iştirak etməmək barədə göstəriş verilib.
Bu barədə bildirişi Türkiyənin Təhsil Nazirliyi yayıb.
Bildiriş Türkiyənin 81 əyalətindəki təhsil idarələrinə göndərilib.
Məlumatda qeyd olunur ki, Azərbaycan torpağı olan Qarabağ 1992-ci ildən erməni işğalı altındadır. Bildirilir ki, Türkiyə Ermənistanda keçirilən mədəni, yaxud idman tədbirləri ilə bağlı hansısa qadağa tətbiq etmir, yalnız türk komandalarına Dağlıq Qarabağda baş tutacaq hansısa bir tədbirdə iştirak etməmək tövsiyə olunur.
Mənbə:> AZXEBER.COM