Türk əsgərləri Suriyanın Menbiç şəhərinin bir addımlığında
Türkiyə hərbçiləri Suriyanın şimalındakı Menbiç şəhərinin kənarına doğru irəliləyib.
Bu barədə NTV telekanalı məlumat yayıb. Türk hərbi qüvvələrinin ABŞ-la razılaşma çərçivəsində Menbiçin kənar məhəllələrinə daxil olduğu xəbər verilir. Eyni anda havada ABŞ helikopterləri uçmağa başlayıb.
Qeyd edək ki, Menbiç PKK terror təşkilatının Suriya qolu PYD-YPG qruplaşmasının nəzarətində idi. Ərazidə ABŞ hərbi kontingenti də var. Türkiyə və ABŞ arasında əldə olunan razılığa əsasən PYD-YPG qüvvələri bölgədən çıxarılacaq və ərazidə iki müttəfiq ölkənin hərbçiləri keşik çəkəcək. Daha sonra ABŞ və Türkiyə Menbiçdə yerli idarəetmə orqanlarını formalaşdıracaq.
Mənbə:> APA