Ərdoğan Trampa çağırış etdi
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bir daha Suriyanın Menbiç bölgəsinin PKK terror təşkilatının Suriya qolu PYD/YPG-dən təmizlənəcəyini bəyan edib.
APA-nın verdiyi məlumata görə, R. T. Ərdoğan PYD/YPG terrorçularının və ABŞ əsgərlərinin Menbiçdən çıxmayacağı barədə ABŞ Dövlət Departamenti və Pentaqon sözçülərinin bəyanatına sərt reaksiya verib.
Türkiyə prezidenti bildirib ki, ABŞ əsgərlərinin ümumiyyətlə, Menbiçə olmağa haqqı yoxdur: “ABŞ əsgərlərinin Menbiçdən çıxmayacağını bəyan edirlər. ABŞ-ın Menbiçdən çıxmağı bir kənara, ABŞ-ın ümumiyyətlə, orada olmağa haqqı yoxdur! 11-12 min kilometrdən bura niyə gəlirsən? Bu torpaqlar sənindir? Bu torpaqlarla nə əlaqən var? ABŞ o torpaqlara PYD/YPG terrorçularını yerləşdirib, oradan ərəbləri qovdu. Türkiyə Menbiç başda olmaqla, sərhədində terror təhdidi aradan qaldırılana qədər dayanmayacaq. Biz bu yola baş qoyduq. Kimin cəsarəti varsa, buyursun, meydana çıxsın. Mən artıq ABŞ prezidenti Donald Trampdan həddini aşan bu bəyanatların qarşısını kəsməsini gözləyirəm. Medianın kölgəsində verilən bəyanatlarla biz bu işi apara bilmərik".
Türkiyə prezidenti son dövrlər PKK terrorçularının fəallaşdığı İraqın Sincar bölgəsinin də terrorçulardan təmizlənməli olduğunu vurğulayıb: "Əgər İraq hökuməti bu yerləri terrorçulardan təmizləməyəcəksə, biz Sincarı PKK-dan təmizləyərik".
Mənbə:> Virtualaz.org