ABŞ ordusu Türkiyə-Suriya sərhədini patrul etməyə başlayıb
ABŞ qoşunları türk hərbçiləri və PYD-YPG silahlıları (PKK-nın Suriya qolu) arasında insidentlərin qarşısını almaq məqsədilə Suriya-Türkiyə sərhədini patrul etməyə başlayıb.
Bu barədə “Wall Street Journal” nəşri ABŞ rəsmi şəxslərinə istinadən məlumat yayıb.
“ABŞ qüvvələri İŞİD-lə mübarizədəki səyləri heçə endirə biləcək insidentlərin qarşısını almaq və bölgədə stabilliyi təmin etmək məqsədi ilə Suriyanın şimalındakı rayonları patrul etməyə başlayıb”, - deyə nəşr beynəlxalq koalisiya qərargahının nümayəndəsi Con Dorriana istinadən bildirir.
Mənbə:> Virtualaz.org