Türkiyə Suriya ilə sərhəddə beton sədd çəkir
Türkiyə höküməti ölkənin cənubunda Reyhanlı şəhərində Suriya ilə sərhəddə 45 kilometrlik beton səddin tikintisinə başlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə Associated Press agentliyi Türkiyə KİV-ə istinadən xəbər verir.
Türkiyənin Dogan agentliyinin məlumatına əsasən, şəhərdə artıq uzunluğu 12 kilometr olan sədd çəkilib.
Türkiyə rəsmiləri məlumatı şərh etməkdən imtina ediblər.
Qeyd edək ki, son vaxtlar Suriya ərazisindən terrorsitlərin ölkəyə keçməsinin qarşısını almaq məqsədilə Türkiyə höküməti qonşu dövlət ilə sərhəddə təhlükəsizlik tədbirlərini artırıb.
Mənbə:> Oxu.Az