Türkiyə hökuməti Afrində yerli polis qüvvələrini formalaşdıracaq.
"Ölkə.Az" xəbər verir ki, bu barədə Türkiyə mətbuatı hərbi mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Afrində yerli polis qüvvələrinin yaradılması prosesində min adam təlim keçəcək.
Təlim keçmiş şəxslərin daha sonra Afrində terrorçulardan azad edilmiş 300 yaşayış məntəqəsində təhlükəsizliyə nəzarət edəcəyi bildirilir.
Xatırladaq ki, martın 18-də Türkiyə Silahlı Qüvvələri Afrin şəhərini PYD və YPG terrorçularından azad edib.
Bu il yanvarın 20-də isə Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD, YPG və İŞİD terrorçularına qarşı əməliyyata başlayıb.
"Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.
Mənbə:> Ölkə.Az