Rusiyanın Rumıniyadakı səfiri qarət olundu
Rumıniyanın Sibiu şəhərində Rusiyanın bu ölkədəki səfiri Valeri Kuzmin qarət olunub.
Virtualaz.org “news.ro” rumın saytına istinadən xəbər verir ki, hadisə ötən şənbə günü baş verib. Sibiu şəhərinin Böyük meydanında diplomat sinəsinə yüngül toxunuş hiss edib və sonradan anlayıb ki, köynəyinin cibindəki pul qabı yoxa çıxıb.
Cibgir Kuzminin pul qabı ilə birlikdə 1250 ley (təxminən 300 dollar), 250 dollar pulunu və diplomatik statusu, eyni zamanda şəxsiyyətin müəyyənləşdirilməsini təmin edən diplomatik kartı da aparıb.
Hadisə ilə bağlı cinayət işi başlanıb.
Mənbə:> Virtualaz.org