Ötən gecə Sumqayıtda bir həyətdə 5 avtomaşın qarət olunub » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə, Kriminal

Ötən gecə Sumqayıtda bir həyətdə 5 avtomaşın qarət olunub

Ötən gecə Sumqayıtda bir həyətdə 5 avtomaşın qarət olunub

Bu gecə Sumqayıt şəhərindəki 14-cü məhəllədə sakinlərin həyətdə saxladıqları 5 avtomaşının şüşəsi sındırılaraq qarət olunub.

Bu barədə məlumatı virtualaz.org saytına zərərçəkənlərdən biri - Bəxtiyar Abdullayev verib. Onun təqdim etdiyi videogörüntülərdən aydın olur ki, qarətçi (və ya qarətçilər) əsasən “Cip” tipli avtomobilləri hədəf edib və şüşəsi sındırılmış maşınların bir necəsinin içərisinə mişar daşı atılıb.

Yəqin ki, bu daşlardan pəncərələrin sındırılmasında istifadə olunub.

VAZ markalı avtomaşının sahibi isə bildirib ki, onun avtomaşının salonundan 2500-3000 manat dəyərində əşya oğurlanıb.

Sakinlər baş verənlərlə bağlı artıq polisin 102 xidmətinə məlumat veriblər. Polis əməkdaşlarının məsələ ilə bağlı araşdırmaya başladıqları bildirilir.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *