Göygöldə polisin maşını yandı » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə, Kriminal, Avto

Göygöldə polisin maşını yandı

Göygöldə polisin maşını yandı


Azərbaycanda polisin idarə etdiyi avtomobil qəzaya düşərək yanıb.

AzNews.info-nun “Report”-a istinadən məlumatına görə, hadisə Göygöl rayonu ərazisində baş verib.

Gəncə şəhər sakini Ceyhun Süleymanovun idarə etdiyi “VAZ-21099” markalı avtomobil Daşkəsən rayon sakini Fidayıl Ələsgərovun idarə etdiyi “Niva” markalı avtomobillə toqquşub.

Qəzadan sonra “Niva” markalı avtomaşın yanıb.

Hadisə nəticəsində hər iki sürücü ağır bədən xəsarətləri alıb. Yaralılar Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.

Qeyd edək ki, “Niva” markalı avtomaşının sürücüsü Fidayıl Ələsgərov polis əməkdaşıdır.

Mənbə: Report.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *