İmişlidə iki polisin üstünə şlaqbaum aşdı » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Kriminal

İmişlidə iki polisin üstünə şlaqbaum aşdı

İmişlidə iki polisin üstünə şlaqbaum aşdı


İmişli rayonunda yola qoyulmuş şlaqbaumun üstündən keçən sürücü iki nəfər polis əməkdaşına xəsarət yetirib.

AzNews.info “Report”-a istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun Məmmədli kəndində baş verib.

Belə ki, istimai təhlükəsizliyi təmin etmək məqsədi ilə yolda dayanmış iki nəfər polis əməkdaşı ərazidən keçən avtomobillərin hərəkətini tənzimləyirmişlər.

Göyçay sakini idarə etdiyi ”Qazel” markalı avtomobillə həmin istiqamətdə hərəkətdə olarkən yola qoyulmuş şlaqbauma əhəmiyyət verməyərək üzərindən keçib. Bu zaman şlaqbaum təhlükəsizliyi təmin edən iki nəfər polis əməkdaşı - rayonun Sarıxanlı kənd sakini, 32 yaşlı Elsevər Yusif oğlu Hüseynli və Muradxanlı kənd sakini, 28 yaşlı Əkbər Bakir oğlu Əsgərova dəyib və onlar müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Sürücü isə aradan çıxıb. Yaralılar İmişli rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və onlara ilk tibbi yardım göstərilib.

Rayon polis əməkdaşları tərəfindən isə əməliyyat tədbirlərinin keçirilməsi nəticəsində sürücü saxlanılıb.

Faktla bağlı İmişli rayon Polis Şöbəsində araşdırma aparılır.

Mənbə: Report.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *