Göyçayda avtomobil 11 yaşlı oğlanı vurdu » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə, Avto

Göyçayda avtomobil 11 yaşlı oğlanı vurdu

Göyçayda avtomobil 11 yaşlı oğlanı vurdu


Göyçay rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AzNews.info APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Mırtı kəndində qeydə alınıb.

Rayon sakini Ayaz Osmanov idarə etdiyi 99-EV-471 dövlət nömrə nişanlı, “Ford” markalı avtomobillə hərəkətdə olarkən velosipedlə qarşısına çıxan Mırtı kənd sakini, 2004-cü il təvəllüdlü Əzizov Pərvin Saqif oğlunu vurub.

Hadisə zamanı ağır bədən xəsarətləri alan Pərvin Əzizov təcili olaraq Göyçay Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Mırtı kənd orta məktəbinin 5-ci sinif şagirdi Pərvin Əzizov orada dünyasını dəyişib.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *