Gədəbəydə maşın körpüdən aşdı » AzNews.info -Xəbər portalı

Bölmə: Hadisə, Avto

Gədəbəydə maşın körpüdən aşdı

Gədəbəydə maşın körpüdən aşdı


Gədəbəydə 3 nəfərin ağır xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasından (TTYX) ANS PRESS-ə verilən məlumata görə, "VAZ- 2107" markalı avtomobil hərəkətdə olarkən əvvəl beton dirəyə çırpılıb. Daha sonra zərbənin təsirindən avtomobil yoldan çıxaraq körpüdən aşıb. Qəza nəticəsində Gədəbəy rayonu Nəriman Nərimanov küçəsində qeydiyyatda olan, 1988-ci il təvəllüdlü Ayxan Bahəddin oğlu Ələkbərov, 1993-cü il təvəllüdlü İlyas Babək oğlu İsmayılov və 1996-cı il təvəllüdlü Nərmin Hüseynli ağır bədən xəsarətləri ilə əvvəl Gədəbəy Mərkəzi Rayon Xəstəxanasına, oradan isə Gəncə şəhər TTYX-na aparılıb.

Xəstəxanadan yaralıların hazırda reanimasiya şöbəsində olduğunu və və vəziyyətlərinin orta ağır olduğunu bildirdilər.

Faktla bağlı Gədəbəy rayon Polis Şöbəsində araşdırma aparılır.

Bir müddət əvvəl də Samux rayonunda "Vaz" markalı avtomobil körpüdən aşıb. Qəza zamanı 5 nəfər ölüb, 6 nəfər yaralanıb. Hadisədən sonra polis idarəsindən qəzaya səbəb yüksək sürətin olduğu bildirilmişdi.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *