Göygöldəki qəzada ölənlərin kimliyi bilindi » AzNews.info -Xəbər portalı

Bölmə: Hadisə, Kriminal, Avto

Göygöldəki qəzada ölənlərin kimliyi bilindi

Göygöldəki qəzada ölənlərin kimliyi bilindi


Göygöldə baş verən qəzada ölən və yaralıların kimliyi məlum olub.

Bu gün saat 21 radələrində Bakı-Qazax magistral yolun Göygöl rayonu Hacıməlik qəsəbəsindən keçən hissəsində ağır yol nəqliyyat qəzası baş verib.

Göygöl rayon Hacıməlik qəsəbə sakini, 1963-cü il təvəllüdlü Qəmşəddin Məmmədov idarə etdiyi “VAZ-2106” markalı avtomobillə hərəkətdə olarkən idarə etməni itirərək avtomobili yolun istiqamətlərini ayıran dəmir məhəccərə çırpıb. Qəza zamanı sürücü və sərnişin - 1966-cı il təvəllüdlü Yaqut Məmmədova hadisə yerində ölüblər. Sıxılmış vəziyyətdə qalmış sürücünün meyitini FHN xilasediciləri deformasiyaya uğramış avtomobildən çıxarıblar.

Digər 3 sərnişin, 1966-cı il təvəllüdlü Kəmalə Əsgərova, sürücünün qardaşı, Hacıməlik qəsəbə sakini, 1964-cü il təvəllüdlü Razəddin Məmmədov və Gəncə şəhər sakini, 1970-ci il təvəllüdlü Arzu Verdiyev ağır bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdiriliblər.

Yaralılardan R.Məmmədovun vəziyyəti ağır, digər iki nəfərin vəziyyəti isə orta ağırdır. Məlumata görə avtomobildə olanlar toy şənliyindən qayıdırlarmış.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *