Daha bir jurnalistin yaşadığı ev qarət olundu » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Kriminal, Media

Daha bir jurnalistin yaşadığı ev qarət olundu

Daha bir jurnalistin yaşadığı ev qarət olundu


APA-nın əməkdaşı Mübariz Aslanovun yaşadığı ev qarət olunub.

AzNews.info xəbər verir ki, bu barədə APA-ya jurnalistin özü məlumat verib.

Onun sözlərinə görə, mayın 17-də kirayədə yaşadığı, Nəsimi rayonu Asif Məhərrəmov küçəsi ev 24, mənzil 11-ə açar seçmə yolu ilə daxil olan şəxs və ya şəxslər 540 manat və təxminən 8 min manat dəyərində qızıl-zinət əşyaları oğurlayıblar.

Hadisə baş verən vaxt evdə heç kim olmayıb.

Hadisə barədə Daxili İşlər Nazirliyinin “102” xidmətinə məlumat verilib. Daxil olan məlumat əsasında Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsinin əməkdaşları hadisə yerinə baxış keçirib, iş üçün əhəmiyyət kəsb edən məlumatlar toplayıblar.

Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Bölməsindən bildirilib ki, hazırda polis daxil olan şikayət əsasında araşdırma aparır. Hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *