Oğrular qarət etdikləri evi yandırdılar
Masallıda evlərdən birini qarət etdikdən sonra yandırıblar.
ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, rayon sakini Şöhrəddin Məmmədovun evi yanaraq külə dönüb.
Araşdırmalar zamanı məlum olub ki, ev yandırılıb. Həm də, yandırılmamışdan əvvəl mənzili qarət ediblər. Hadisə barədə araşdırmalar aparılıb.
Masallı rayon polis şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq etmiş və sonradan evi yandırmış şəhər sakinləri, əvvəllər məhkum olunmuş Məhəmməd Tahirov, Asim Əzizov və əvvəllər məhkum olunmuş Zaman Hüseynzadə tutulublar.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
Mənbə:> ANSPRESS