Tovuzun işdən çıxarılan icra başçısı: "Nahara getmişdim, qayıdanda dedilər ki..." » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Sosial

Tovuzun işdən çıxarılan icra başçısı: "Nahara getmişdim, qayıdanda dedilər ki..." – YENİLƏNİB

Tovuzun işdən çıxarılan icra başçısı: "Nahara getmişdim, qayıdanda dedilər ki..."

Tovuz rayon İcra Hakimiyyətinin keçmiş başçısı Tofiq Zeynalov işdən çıxarılması haqda xəbəri musavat.com-a şərh edərkən deyib ki, sərəncam haqda ona elə indi məlumat veriblər:

"Nahar fasiləsindən qayıtdıqdan sonra eşitdim ki, vəzifədən azad edilmişəm. Allah cənab prezidentdən razı olsun. Şübhəsiz ki, islahatlar davam etdirilməlidir. Yeni kadrlar gəlməlidir. Bizə tapşırılan bu vəzifəni yerinə yetirdik, bizdən sonra gələnlər də, inanıram, yüksək səviyyədə işlərinin öhdəsindən gələcəklər".

* * *14:33

Bu gün prezident İlham Əliyev daha bir rayonun icra hakimiyyəti başçısının işdən azad edilməsinə dair sərəncam verib.

Prezidentin rəsmi saytında dərc edilmiş sərəncama əsasən Tovuz rayon İcra Hakimiyyətinin basmışı Tofiq Zeynalov vəzifədən azad olunub.

Prezidentin digər sərəncamı ilə Məmməd Cahangir oğlu Məmmədov Tovuz rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.



Xatırladaq ki, Tofiq Zeynalov DYP-nin rəisi, general Ramiz Zeynalovun qardaşıdır və uzun illərdir Tovuz rayonuna başçılıq edirdi.

Ötən gün prezident Ağdam rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədovu işdən azad edib, habelə Binəqədi rayonunun İcra Hakimiyyəti başçısı vəzifəsinə təyinat həyata keçirib.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *