İlham Əliyev üç rayonun icra başçısını dəyişdirdi
Azərbaycan Prezidenti İlham Əliyev Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısının vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
AzNews.info AzərTAc-a istinadən xəbər verir ki, sərəncamda deyilir:
“Nəsib Məhəmməd oğlu Məhəməliyev Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilsin”.
Prezidentin digər sərəncamı ilə Səbayıl rayonunun hazırkı icra başçısı Asif Yunis oğlu Əsgərov Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
İlham Əliyevin digər bir sərəncamı ilə Sumqayıtın keçmiş icra başçısı Eldar Əzizov Səbayıl rayon İcra Hakimiyyətinin rəhbəri vəzifəsinə təyinat alıb.
Dövlət başçısının digər bir sərəncamı ilə İradə Gülməmmədova Abşeron rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Mənbə:> AzərTAc